Zaqatalada bayram yarmarkası TƏŞKİL OLUNDU - FOTO 

Zaqatalada bayram yarmarkası TƏŞKİL OLUNDU - FOTO 

Hazırda oxunan: Zaqatalada bayram yarmarkası TƏŞKİL OLUNDU - FOTO 

112173

Zaqatalada bayram yarmarkası təşkil olunub. Yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri satışa çıxarılıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.  

Bildirilib ki, bu gündən başlayaraq dekabrın 30-a kimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Zaqatala şəhərinin mərkəzi küçəsində, sakinlərin gediş-gəlişinin sıx olduğu yerdə bayram yarmarkası təşkli edilib.  

Bayram yarmarkasına yerli istehsalçıların məhsulları çıxarılıb və alıcılara bazardakından 10-20 faiz ucuz qiymətə təklif olunur. Yarmarkada xüsusən mal və qoyun ətinin bir kiloqramının qiyməti 9-10 manatdan təklif olunub.

Həmçinin rayon mərkəzi bazarında kiloqramı 8-9 manata satılan balıq yarmarkada növündən asılı olaraq kiloqramı 5-6 manata təklif olunub. Bununla yanaşı yarmarkada alma, heyva, nar, sitrus meyvələri və digər məhsullar da bazardakından fərqli olaraq ucuz qiymətə təklif olunur.  
Yarmarkanın təşkilində başlıca məqsəd bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır. Qeyd edilib ki, yarmarka iki gün davam edəcək.  


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO