Yeni il hədiyyələrini necə seçək? – Psixoloqdan MƏSLƏHƏT

Yeni il hədiyyələrini necə seçək? – Psixoloqdan MƏSLƏHƏT

Hazırda oxunan: Yeni il hədiyyələrini necə seçək? – Psixoloqdan MƏSLƏHƏT

112151

Yeni ili ailə üzvləri ilə birgə, xoşbəxt keçirmək ailə münasibətlərimizin nə qədər sağlam olmasını göstərir. Kiçiyindən böyüyünə kimi Yeni il ərəfəsində insanları sevindirən əsas məqamlardan biri Yeni il səhəri hədiyyələri açmaqdır.

Yeni il qabağı birinə hədiyyə alarkən daha çox nəyə diqqət etmək lazımdır? Madiyyat önəmlidir yoxsa mənəviyyat?

Psixoloq Gülnar Orucova qeyd edir ki, son dönəmlərdə hədiyyənin qiymətinə önəm verən insanların sayı artıb:

“Hədiyyənin qiymətinə önəm vermək lazım deyil, əsas onun mahiyyətidir. Bir insan bizə hədiyyə verirsə, deməli, bizə diqqəti, qayğısı, sevgisi var, bizi sevindirmək, könlümüzü şad eləmək istəyir.

Hədiyyə almaq istəyərkən qiyməti düşünmək olmaz, bu hədiyyənin mənəvi dəyərini aşağı salır. Aşağı qiymətə çox maraqlı hədiyyələr almaq olar. Yeni ildən sonra əksəriyyət 8-10 günlük fasiləyə çıxacaq. Hədiyyə almaq istədiyiniz insanın tətildən sonra işə geri dönərkən iş masasının üzərində Yeni ili təmsil edən atribut, suvenirlər hədiyyə edə bilərdiniz. Bu kalendar, fincan, ofis ləvazimatları ola bilər”.

Psixoloq bildirir ki, istər böyük, istər kiçiklər üçün rəngli, işıqlı, xüsusi bağlamalar hədiyyə olaraq çox uyğundur:

“Məsələn, çiçəklərin içində yolka oyuncaqları Yeni il üçün əvəzolunmaz hədiyyələrdən sayılır. Bunu hər zaman deyirəm, sizə çiçək verən insanları çox sevin.

Çünki o bilir ki, 3-5 gün sonra həmin çiçəklər solacaq və onu sən atacaqsan, ona rəğmən həmin çiçəkləri alır. Çiçəyi sevən xanımların psixologiyası da fərqli olur. Onlar həssas, daha qəlbə yaxın olur.

Yeni ilə yeni nəsnələrlə başlamaq lazımdır. İş görərkən sizi xatırlatması üçün hədiyyə seçməlisiniz, başqa bir nüans hədiyyədən həmin insanın harada istifadə edə biləcəyini fikirləşməlisiniz”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO