BÜRCLƏRİN xəyanətə REAKSİYALARI – Kim qisas üçün hər şeyi edə bilər?

BÜRCLƏRİN xəyanətə REAKSİYALARI – Kim qisas üçün hər şeyi edə bilər?

Hazırda oxunan: BÜRCLƏRİN xəyanətə REAKSİYALARI – Kim qisas üçün hər şeyi edə bilər?

112150

Nə qədər etiraz etsək də, gündəlik həyatımızda can qurtaran “şirin” adlandırılan yalanlardan əksəriyyətimiz istifadə edirik. Lakin bəzi yalanlar var ki, sonu çıxmaz yollara, böyük problemlərə hətta ayrılıqlara səbəb olur. 

Bizim.Media bu dəfə şirin belə olsa yalanı qəbul etməyib, qisasını alan bürclərin siyahısını təqdim edir:

Qoç

Qoçlar bu cəhətdən hiyləgər davranırlar. Belə ki, əgər onları qəzəbləndirib və ya yalan danışmısınızsa, dərhal bunu sizin üzünüzə deyəcəklər. Səhvinizi düzəltmək üçün heç bir iş görməsəniz, onlar sizi heç vaxt unutmayacaq. Qoç üzünüzə güləcək və mümkün qədər dostcasına davranacaq. Ancaq gözləmədiyiniz zaman sizi cəzalandıracaq. Bu bürcün nümayəndələri özlərini yaxşı hiss etdikləri zaman sizi bağışlaya bilər, amma artıq sizə etibar etməyəcək.

Buğa

Xətrinə dəymisinizsə, üzr istəməyə tələsin. Bağışlasa da, unutmayın ki, sizi qara siyahısına daxil edib. Qisas dərhal və qəddar formada alır. Ağır zərbələrlə yaddaşınızda iz buraxa bilər.

Əkizlər

Onların dostcanlı olması bəzən özlərinə qarşı fırlanır. Onları aldadıb incitmək istəyənlər olur. Amma bunu etməsələr, yaxşıdır. Çünki zahirən sülhsevər əkizlər qisas almağın yolunu tapacaqlar. Həm də qalmaqal və dava-dalaşsız. Sadəcə bəzi gizli məlumatların yayılması kifayətdir.

Tərəzi

Tərəzi bürcünün nümayəndələri bu mövzu da elə də prinsipial deyil. Onların düşüncə tərzi belədir: “Əgər həyatımda hər şey qaydasındadırsa, niyə kimdənsə intiqam alım ki”? 

Oxatan

Küslərə tez reaksiya verə bilmirlər, ancaq kinlidirlər. Buna görə də zəhərli yaylarını dəqiq və çox miqdarda atırlar. Bəzən dayana bilmir və elə qisas alır ki, alır. İncikliyi olan adamın məğlub, sınıxmış durumu da heç nəyi dəyişmir. Bu vəziyyəti ancaq ən yaxınları dəyişə bilər. Digər yalvarışlar mənasızdır.

Xərçəng

Bu bürc qisas almasa da, ürəyinə toxunan insanın yardımına o çağırsa belə, gəlməz. Öz prinsiplərində amansızdır.

Qız

Təhqir olunsa da, özünü cilovlayır və necə qisas alacağını planlaşdırır. İncikliyi düşən adamın ən zəif yerini tapır və sırf o yöndə intiqam alır. Yalvarış və üzrxahlıqlar da keçmir.

Şir

Çox küsəyən və qisasçıdırlar. İnciyəndə uşaq kimi məzəli, gülməli görünsə də sonda özü qəhqəhə çəkir. Çünki axır-əvvəl qisasını alır. Onu tərifləməklə bağışlanmaq olur.

Əqrəb

Buğa buynuz atırsa, əqrəb də sancır. Onları qisas ustadları adlandırırlar. İntiqam üçün təmkinli olub, düzgün məqamı gözləyirlər. Ona güldüyünüz, xətrinə dəydiyiniz vaxtda qəfil həmin hərəkəti sizə qaytara bilər. Qisasda borclu qalmır və hər yolla cavab verir.

Oğlaq

Xırda dozalarla vasitəçilərin əli ilə qisas alır. Onun bağışlamağına nail olmaq asan iş deyil, amma hardasa mümkündür. Sadəcə oğlaqın sizin həyatınızı nə günə qoymasını etiraf etmək lazımdır.

Dolça

Çox kreativ heyif çıxmağı var. Əgər qəlbinə dəymisinizsə, film kimi və gülməli qisaslara hazır olun. Yəni, başınıza pis hadisələrin gəlməyini istəmirsinizsə, zamanında üzr istəyin. 

Balıqlar

Xarici görünüşcə günahsız və vecsiz görünürlər. Lakin etdiyiniz, dediyiniz hər şeyin fərqində olan su ünsürü bürcü qisas almaqda mahirdirlər: Bu bürcün əsas qisası düşmənləri haqda el-aləmə yaydığı qeybətlərdir. Ziyanlı məsləhətlər də intiqama daxildir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO