\

\"Baku Steel Company\" şirkətinə yeni baş direktor təyin edildi - FOTO

Hazırda oxunan: \"Baku Steel Company\" şirkətinə yeni baş direktor təyin edildi - FOTO

11208

“Baku Steel Company”yə yeni baş direktor təyin edilib.

Şirkətin KİV-də yayılan bəyanatında bildirilir ki, bu vəzifəni Kamal Mirsahib oğlu İbrahimov tutub.

 

MÖVZU İLƏ BAĞLI:

“Rasim Məmmədovun həbs olunma səbəbləri məni qane etmir” - QALMAQAL


K.İbrahimov əvvəllər “Bank Standard”ın idarəçisi olub.

“Baku Steel Company”nin bəyanatında deyilir ki, şirkət Azərbaycanda və bütün Qafqazda metallurgiya məhsullarının ən böyük istehsalçısıdır. Şirkətdə 1500-ə yaxın əməkdaş çalışır.

"Son günlər şirkətimiz haqqında müxtəlif yoxlanılmamış informasiyaların yayılması ilə əlaqədar bildiririk ki, şirkətə daxil olan bütün müəssisələr adi rejimdə işləyirlər. Zavodlarımız yüksək keyfiyyət standartlarına cavab verən məhsullar istehsal etməkdə davam edir",- deyə şirkətin bəyanatında bildirilir.

Xatırladaq ki, əvvəllər “Baku Steel Company”yə tanınmış biznesmen Rasim Məmmədov rəhbərlik edirdi. O, külli miqdarda pul mənimsəmə ittihamı ilə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO