Gəncədə 3 avtomobil toqquşdu - Yol kənarında dayanan piyada öldü

Gəncədə 3 avtomobil toqquşdu - Yol kənarında dayanan piyada öldü

Hazırda oxunan: Gəncədə 3 avtomobil toqquşdu - Yol kənarında dayanan piyada öldü

112027

Gəncədə baş verən ağır yol qəzasında  piyada həyatını itirib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Hərəkətdə olan "Mercedes", "VAZ-2106" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. 
 

Qəza zamanı avtomobillərdən biri yolun kənarında dayanan piyadanı,  Gəncə şəhəri Bayan küçəsinin sakini, 1992-ci il təvəllüdlü Ramin Musayevi vurub. O, xəstəxanaya aparılarkən yolda  ölüb.

Zəncirvarı qəza zamanı "VAZ-2106” sürücüsü 2001-ci il təvəllüdlü Hüseyn Məmmədov da xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 

Faktla bağlı araşdırma aparılır.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO