Naxçıvanda DİN ləğv olunur - Yeni rəis o olacaq 

Naxçıvanda DİN ləğv olunur - Yeni rəis o olacaq 

Hazırda oxunan: Naxçıvanda DİN ləğv olunur - Yeni rəis o olacaq 

112004

Son günlərdə Naxçıvanda bir sıra islahatlar aparılır. Bunun davamı olaraq Muxtar Respublika ilə bağlı sabah daha bir yeni qərara imza atılacağı gözlənilir. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır. 

Artıq bununla bağlı müvafiq tapşırıqların verildiyi bildirilir. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq. 
İdarəyə kimin rəis təyin olunacağına da aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, bu postun Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətova həvalə olunacağı gözlənilir. 

Qeyd edək ki, Süleyman Nemətov Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO