Heydər Əliyev Sarayında yeni truppa yaradıldı - FOTO

Heydər Əliyev Sarayında yeni truppa yaradıldı - FOTO

Hazırda oxunan: Heydər Əliyev Sarayında yeni truppa yaradıldı - FOTO

11194

Heydər Əliyev Sarayı gənc klassik vokalçılardan ibarət truppa yaradıb. Yeni yaradılan “Perfect troupe” layihəsinin ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.

Bizim.Media-ya Heydər Əliyev Sarayından verilən məlumata görə, layihənin əsas məqsədi klassik vokal məktəbini müasir gənc nəslə təqdim və təbliğ etmək, eyni zamanda yeni gənc klassik vokal ifaçılarını üzə çıxartmaq, böyük səhnəyə gedən yolda yaradıcılıq fəaliyyətlərinə yaxından dəstək olmaqdır.

Gənc ifaçıların gələcəkdə mədəniyyətimizin klassik opera janrında faydalı olmaları üçün qarşılarına böyük tapşırıqlar qoyulub.

Azərbaycanda ilk dəfə keçirilən layihəyə peşakar, tələbkar vəməsuliyyətli heyət tərəfindən ciddi nəzarət olunur və ifaçılara hər bir  şərait yaradılır.

Pandemiyadan sonrakı dönəmdə gənc vokalçıların iştirakı ilə müxtəlif musiqili tamaşaların, klassik operaların, romansların səhnələşdirilməsi planlaşdırılır.

İl ərzində gənc iştirakçıların ifasında müxtəlif yeni layihələr təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO