UNICEF-dən TƏBİB-ə Qarabağda tibbi xidmətlə bağlı TƏKLİF - FOTO

UNICEF-dən TƏBİB-ə Qarabağda tibbi xidmətlə bağlı TƏKLİF - FOTO

Hazırda oxunan: UNICEF-dən TƏBİB-ə Qarabağda tibbi xidmətlə bağlı TƏKLİF - FOTO

111744

UNICEF “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) Qarabağda tibbi xidmətlə bağlı təklif verib. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşü zamanı məlumat verilib. 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, UNICEF Azərbaycan Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. 

Görüşdə tibb işçilərinin potensialının gücləndirilməsi, onların davamlı peşəkar inkişafı üçün mexanizmlərin yaradılması, o cümlədən onlayn və qarışıq ixtisasartırma kurslarının təşkili, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici nəzarət mexanizmlərinin yaradılması və s. kimi məsələlər müzakirə olunub. 
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov UNICEF-lə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu əməkdaşlıq çərçivəsində yenidoğulmuşların, uşaqların və yeniyetmələrin sağlamlığı üçün tibbi xidmətin universal əhatə olunmasına və əlçatanlığına xüsusi diqqət yetirildiyini bildirib. O, bunun üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. 

V.Qurbanov eyni zamanda birgə əməkdaşlıq çərçivəsində ölkə üzrə səhiyyə müəssisələrinin və doğum şöbələrinin keyfiyyət standartlarının işlənib hazırlanması çərçivəsində “Körpə dostu klinikası” standartlarının tətbiq olunmasını da yüksək qiymətləndirib. 

UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens uşaq sağlamlığı və inkişafı, immunizasiya, psixi sağlamlıq və s. kimi mühüm məsələlər barədə tibbi savadlılığın və məlumatlılığın artırılması istiqamətində əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib. 
O, bu istiqamətdə ana və uşaqlara keyfiyyətli qayğının göstərilməsini təmin etmək məqsədilə standartların, təlimatların, metodik vəsaitlərin, standart əməliyyat prosedurlarının, klinik alət və materialların işlənib hazırlanmasının və tətbiq edilməsinin rolundan danışıb. 

Görüş zamanı hazırda respublikanın bir sıra bölgələrində uğurla tətbiq edilən "Patronaj xidmətinin universal proqressiv modeli” layihəsinin Qarabağ bölgəsində də tətbiqinə başlanılması UNICEF tərəfindən təklif edilib. Bu təklif TƏBİB tərəfindən yüksək qiymətləndirilib və Zəngilan rayonunun Ağalı kəndinin layihəyə daxil edilməsi ətrafında müzakirələr aparılıb. 

Sonda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında Anlaşma Memorandumu imzalanıb. 

Anlaşma Memorandumu Azərbaycanda davam edən səhiyyə islahatlarının dəstəklənməsi, ana və uşaq sağlamlığı sahəsində xidmətlərin prioritetləşdirilməsi və keyfiyyətinin gücləndirilməsi yolu ilə ölkədə bütün uşaqlar və analar, xüsusilə də ən həssas qruplar üçün sağlamlıq və qidalanma üzrə tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədi daşıyır. 

Sonda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında Anlaşma Memorandumu imzalanıb. 

Anlaşma Memorandumu Azərbaycanda davam edən səhiyyə islahatlarının dəstəklənməsi, ana və uşaq sağlamlığı sahəsində xidmətlərin prioritetləşdirilməsi və keyfiyyətinin gücləndirilməsi yolu ilə ölkədə bütün uşaqlar və analar, xüsusilə də ən həssas qruplar üçün yüksək təsirli ana və uşaq sağlamlığı və qidalanması üzrə tədbirlərin əhatə dairəsini inkişaf etdirmək məqsədi daşıyır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO