Şəkidə Natəvanın 190 illik yubileyi qeyd edildi - FOTO

Şəkidə Natəvanın 190 illik yubileyi qeyd edildi - FOTO

Hazırda oxunan: Şəkidə Natəvanın 190 illik yubileyi qeyd edildi - FOTO

111594

Şəkidə Xurşidbanu Natəvanın 190 illik yubileyi belə qeyd olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən Şəki regional mədəniyyət idarəsi nəzdində fəaliyyət göstərən M.F.Axundzadə adına Şəki şəhər mədəniyyət mərkəzində "Köməksiz qadın" mövzusunda ədəbi-bədii gecə keçirilib.  

Kompazisiyanın rejissoru Elvin Nüsrətoğlu olan “Köməksiz qadın” mövzusunda keçirilən gecədə Xan qızı Natəvanın obrazını mərkəzi kitabxananın xidmət və abonement şöbəsinin müdiri Dilbər Yaqubova canlandırıb. 

İfaçılar - mədəniyyət mərkəzinin dirijoru Zabil Məmmədov, rejissor İdris İdrisov, B.Ələsgərova adına şəhər folklor evinin metodisti, kamança ifaçısı Rüstəm Xəlilməmmədov, 3 saylı musiqi məktəbinin tar müəllimi Sərdar İsyaszadə və zərb alətində isə mədəniyyət mərkəzinin müşaiətçisi Şöhrət İbrahimxəlilov çıxış edib.
Kompazisiya tamaşaçılarını Natəvan dövrünə aparır. Qarabağın qurucusu Pənahəli xanın nəticəsi, Qarabağın inkişafında müstəsna rolu olan İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın yaşadığı mühit, həyat yolunda qarşılaşdığı maneələr, bütün çətinliklərə sinə gərməsi öz əksini tapıb.

Şairin məşhur "Ölürəm" qəzəlində onun himayəyə götürdüyü övladının itirməsiylə keçirdiyi iztirab sözün həqiqi mənasında ifaşılar tərəfindən yüksək səviyyədə canlandırılıb. 

"Köməksiz qadın" kompazisiyasında zərif qadının nə qədər güclü, dəyanətli olmasıyla bərabər, eyni zamanda xeyriyyəçiliyindən də bəhs olunur.

Sonda M.F.Axundzadə adına Şəki şəhər mədəniyyət mərkəzinin direktoru Ağaəli Cəlilov və 17 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova çıxış edərək tədbirin təşkilatçılarına və yaradıcı heyətə öz minnətdarlıqlarını bildirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO