Küçə itləri çörək almağa gedən qadını belə dişlədi - ANBAAN VİDEO

Küçə itləri çörək almağa gedən qadını belə dişlədi - ANBAAN VİDEO

Hazırda oxunan: Küçə itləri çörək almağa gedən qadını belə dişlədi - ANBAAN VİDEO

111568

Konyanın Doğanhisar rayonunda çörək almağa gedərkən küçə itlərinin hücumuna məruz qalan 38 yaşlı Tuğba Biçer xəstəxanaya aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “turkiyegazetesi.com.tr” saytında yer alıb.

Mənbə yazır ki, küçə itlərinin gənc qadına hücum etdiyi dəhşətli anlar təhlükəsizlik kamerasına əks olunub.

Geriyə dönüb qaçmağa çalışan Biçer yıxılıb. Bir nəfərin müdaxiləsi ilə itlərdən xilas olan yaralı qadın Doğanhisar Dövlət Xəstəxanasına aparılıb. İlk müdaxiləsindən sonra Akşehir Dövlət Xəstəxanasına köçürülən Biçer jurnalistlərə açıqlamasında çörək almaq üçün evdən çıxdığını, daha sonra isə çoxlu itlərin ona hücum etdiyini bildirib.
Başına gələnləri Biçer belə ifadə edib:

"Burnumdan qan axdı. Baqqal məni xilas etdi. Xahiş edirəm, bu itlər ərazidən götürülsün. Uşaqlarımız məktəbə gedə bilmir. İtlər aparılsa, biz çox razı qalacağıq. Uşaqlarımız rahat gəlib-gedəcək”.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO