Xocəsən qəsəbəsində yeni metrostansiyanın açılması ətraf ərazilərdə satışa çıxarılan torpaq sahələrini 2 dəfə bahalaşdırıb.
Bizim.Media xəbər verir ki, ərazidəki torpaq sahələri ilə yanaşı, fərdi evlərin qiymətində də artım müşahidə olunur.
Rieltor Mülkədar Rüstəmov deyib ki, qəsəbədəki fərdi evlərin qiymətində əvvəlki vaxtlarla müqayisədə xeyli artım var.
Həmin ərazidə torpaq sahələrinin əksəriyyəti bələdiyyə sənədi ilə verilib. Ümumi olaraq isə bu ərazilərin siyahılaşdırılması nəzərdə tutulub. Bu prosesin yekunlaşması qiymətləri yenidən dəyişə bilər.
Rieltor bildirib ki, metronun "Xocasən" stansiyasının açılışına görə qiymət artımı təkcə həmin ərazidə deyil, Qaradağ rayonunun Lökbatan qəsəbəsinə də təsir edib. Çünkü yeni stansiyanın istifadəyə verilməsi bu istiqamətdən hərəkət edən vətəndaşların da işini asanlaşdırıb.
Daha ətraflı videomaterialda:
Bizim.Media