Paytaxtda avtobus QƏZAYA DÜŞDÜ – Xəsarət alan var 

Paytaxtda avtobus QƏZAYA DÜŞDÜ – Xəsarət alan var 

Hazırda oxunan: Paytaxtda avtobus QƏZAYA DÜŞDÜ – Xəsarət alan var 

111517

Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.

Bizim.Media Report-a istinadən xəbər verir ki, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO