Xəbə verdiyimiz kimi, İsrail Prezidenti İshak Hersoq ölkə ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynovu qəbul edib. Prezident 19 yaşlı C.Hüseynova mükafatı şəxsən təqdim edib.
Bizim.Media xəbər verir ki, C.Hüseynov Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib.
Həmin videonu təqdim edirik:
Qeyd edək ki, İsrail dövlətində hərbi xidmət keçərkən C.Hüseynov sözügedən dövlət üçün təhlükəli hesab edilən terror qrupunu zərərsizləşdirib. C.Hüseynov göstərdiyi qəhrəmanlığa görə İsrail Prezidenti tərəfindən qəbul edilərək şəxsən təltif edilib. Təltifetmə mərasimində sürpriz olaraq Cəlalın anası da tədbirə dəvət edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu