Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarına məxsus çadır və konteynerlər tamamilə sökülüb.
Bizim.Media xəbər verir ki, konteyner və çadırlar yük avtomobilləri ilə Laçın istiqamətində quraşdırılan postun ərazisinə daşınıb.
Yolun Xankəndi hissəsində Rusiya sülhməramlılarına məxsus post isə sökülməyib, sülhməramlılar adi qaydada buradakı xidmətlərini davam etdirirlər.
12.56
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər.
Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir.
Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.
Bizim.Media