Qarabağda ekoloji monitorinq şəbəkəsi qurulur – RƏSMİ  

Qarabağda ekoloji monitorinq şəbəkəsi qurulur – RƏSMİ  

Hazırda oxunan: Qarabağda ekoloji monitorinq şəbəkəsi qurulur – RƏSMİ  

111411

“Ermənistanla sərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında avtomat radioekoloji stansiyalar qurulub. Həmin stansiyalardan məlumatlar real vaxt rejimində bu yaxınlarda istifadəyə verilmiş müasir Situasiya Mərkəzinə ötürülərək təhlil olunur”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəsində deyib. 

“Qarabağda tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilir. Əsas çaylar üzərində 11 ədəd avtomat hidroloji stansiya, həmçinin Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb. Hazırda Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiya quraşdırılır”, - deyə nazir əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO