Bu tikinti şirkəti 15 ədəd şam ağacını qanunsuz olaraq kəsdiyinə görə CƏZALANDIRILDI 

Bu tikinti şirkəti 15 ədəd şam ağacını qanunsuz olaraq kəsdiyinə görə CƏZALANDIRILDI 

Hazırda oxunan: Bu tikinti şirkəti 15 ədəd şam ağacını qanunsuz olaraq kəsdiyinə görə CƏZALANDIRILDI 

111331

Xətai rayonu, Gəncə prospekti 41 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb, protokol tərtib edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, “Xətai Park” yaşayış kompleksinin həyətində köküstə quru vəziyyətdə olan 15 ədəd şam ağacının Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan “Xətai Park” MMC tərəfindən kəsildiyi müəyyən edilib. 

Faktla bağlı MMC barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO