“BakıKart” oğruları PEYDA OLUB – Balansda pul olan kartınızı heç kimə VERMƏYİN

“BakıKart” oğruları PEYDA OLUB – Balansda pul olan kartınızı heç kimə VERMƏYİN

Hazırda oxunan: “BakıKart” oğruları PEYDA OLUB – Balansda pul olan kartınızı heç kimə VERMƏYİN

111287

Paytaxtda “BakıKart” oğruları peyda olub. 

Bununla bağlı sosial şəbəkələrdə şikayətlərin sayı durmadan artır. İctimai fəallar insanlara çağırış edərək məsələdən hali olmaları üçün həyəcan təbili çalmağa başlayıblar.

Bu günlərdə adının açıqlanmasını istəməyən yaşlı sərnişinin başına qəribə olay gəlib. Belə ki, sərnişin “BakıKartın”ın balansına 15 manat yükləyərək, avtobusa minərək arxa oturacaqda əyləşib.

Qəfil avtobusa minən gənc oğlan kartının balansında pul olmadığı üçün sərnişinlərə müraciət edib. Arxada əyləşən sərnişin 30 qəpik alaraq, kartını oğlana verib. Gənc oğlan yaşlı vətəndaşın kartından istifadə edəndən sonra, ona kartı qaytarıb. Vətəndaş avtobusdan düşüb başqa bir avtobusa minəndə görüb ki, kartın balansında pul yoxdur. Halbuki az öncə kartına 15 manat yükləyib. Məlum olub ki, gənc oğlan kişiyə onun deyil, özünün boş balanslı kartını qaytarıb. Balanslı kartı isə cibinə qoyub. 

Olay sosial şəbəkədə ictimailəşəndən sonra bənzər olayın qurbanına çevrilənlər dilə gəlib. Eyni halın onların da başına gəldiyini qeyd ediblər. İnsanlara isə bu məsələdə diqqətli olmaları tövsiyə edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında qeyd olunn olayla bağlı DİN-ə müraciət daxil olmadığını bildirib. 

“BakıKart” fırıldaqçıları yeni peyda olduqları üçün məsələdən insanlar hələki xəbərdar deyil. Biz də onları diqqətli olmağa çağırırıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO