Goranboyda üçüncü HAL – Adına avtomobil çıxan daha bir ailənin sosial yardımı KƏSİLİB

Goranboyda üçüncü HAL – Adına avtomobil çıxan daha bir ailənin sosial yardımı KƏSİLİB

Hazırda oxunan: Goranboyda üçüncü HAL – Adına avtomobil çıxan daha bir ailənin sosial yardımı KƏSİLİB

111250

Goranboyda sosial yardım almaq istəyən daha bir ailənin adına avtomobil çıxıb. Söhbət rayonun Səfikürd kəndindən olan Mustafayevlər ailəsindən gedir. 

Bu barədə Bizim.Media-ya sosial yardımı kəsilən 1973-cü il təvəllüdlü İmran Məmməd oğlu Mustafayev müraciət edib.

Onun sözlərinə görə noyabr ayında Dövlət Sosial Müdafiə Fondunun Goranboy Rayon Şöbəsindən ona bildirilib ki, adına avtomobil olduğu üçün sosial yardım paketinə daxil edilməyəcək.

Halbuki İmran Mustafayev bu ilin oktyabrına qədər, 3 il müddətində sosial yardım alıb:

“Goranboy Rayon Polis Bölməsinə yaxınlaşdım. Oradan Gəncə regional bölməyə göndərildim. Adıma maşın olduğunu dedilər. Öyrəndim ki, avtomobil Bakıda yaşayan əslən Füzuli rayon sakini İmran Məmmədxan oğlu Mustafayevə məxsusdur. Amma avtomobili sistemdən çxarmaq kimi səlahiyyətlərinin olmadığını bildirdilər. Ümumiyyətlə avtomobilim olmayıb. 5 övlad atasıyam. Düşəndə fəhlə kimi çalışıram. Amma rəsmi gəlirim yoxdur. Durumum çətin olduğu üçün sosial yardıma ehtiyacım var”.
 

MÖVZU İLƏ BAĞLI:

Goranboy sakininin problemi – Başqasına məxsus avtomobil 5 aydır sistemdən ÇIXARILMIR 


Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya bildirb ki, şikayətçi Gəncə Rayon Polis Şöbəsindən həmin şəxsin adına avtomobil olmamasını təsdiq edən arayış almalı və onlara təqdim etməlidir. 

Qeyd edək ki, bu, Goranboyda üçüncü bənzər haldır. Daha əvvəl rayonun Tatarlı kənd sakini Sahib Məmmədovun və Balakürd kənd sakini Hüseyn Aslanovun da başına eyni olay gəlib. Həmin şəxslərin müraciətləri əsasında məsələ Bizim.Media-da ictimailəşəndən sonra problem həllini tapıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO