Fövqəladə Hallar Nazirliyinin radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:
“Müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır. Lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir.
Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır.
Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir.
Bu çərçivədə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır.
Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:46 / 23.12.2022
FHN radioloji fəaliyyətlə məşğul olan qurumlara MÜRACİƏT ETDİ
Hazırda oxunan: FHN radioloji fəaliyyətlə məşğul olan qurumlara MÜRACİƏT ETDİ
Hazırda oxunan: FHN radioloji fəaliyyətlə məşğul olan qurumlara MÜRACİƏT ETDİ
111190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.