Akademik Tofiq İsmayılov adına Fond  anım günü ilə bağlı tədbir keçirdi...

Akademik Tofiq İsmayılov adına Fond anım günü ilə bağlı tədbir keçirdi...

Hazırda oxunan: Akademik Tofiq İsmayılov adına Fond anım günü ilə bağlı tədbir keçirdi...

110992
Akademik Tofiq İsmayılov adına Fond xa0“Ölməz Liderimiz”x9d adlı layihə çərçivəsində xa0Ulu Öndər Heydər Əliyevin anım günün şağirdlərin iştirakı ilə qeyd edib. Layihə Tofiq İsmayılov adına 6 saylı litseydə reallaşdırılıb. Tədbir bir sıra tanınmış simaların iştirakı ilə həyata keçirilib. Tədbirdə Tofiq İsmayılovun xanımı və xa0Akademik Tofiq İsmayılov adına Fondun rəhbəri xa0Lalə İsmayılova, eyni zamanda da Tofiq İsmayılovun qızı, fondun icraçı direktoru Səbinə ismayılova da iştirak edib.xa0

Tədbirin təşkilatçısı və Akademik Tofiq İsmayılov adına xa0Fondun vitse-prezidenti Ülkər Musazadə xa0mətbuata açıqlamasında sözü gedən layihə ilə bağlı danışıb: “Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Ölməz Liderimiz”x9d adlı layihə isə xa0Akademik Tofiq İsmayılov adına Fondun məhz xa0Heydər Əliyevin anım gününə həsr etdiyi tədbir idi. Bu dəfə fond sadəcə Tofiq İsmayılov adını daşıyan 6 saylı məktəbi əghatə etməklə kifayətləndi. Hesab edirəm ki, bu şagirdlərin xa0Heydər Əliyev irsi ilə tərbiyyə olunmasına böyük ehtiyac var. Məhz bu nöqteyi nəzərdən fond olaraq, xa0“Ölməz Liderimiz”x9d layihəsi çərçivəsində xa06 saylı litseydə siniflər arasında divar qəzeti müsabiqəsi elan etdik. Müsabiqədə 15 sinif iştirak edib. Akademik Tofiq İsmayılov adına xa0Fond da müsabiqədə iştirak edən şagirdləri I, xa0II və xa0III yerlərə görə diplom və kubokla mükafatlandıraraq, yerdə qalan iştirakçıları fəxri fərmanlarla təltif edib. Şagirdlərin hazırladığı divar qəzetlərindən də göründüyü kimi, hər biri böyük həvəslə hazırlanıb. Mükafatlabndırılan şagirdlərin üzündə sevinc vardı. Bu cür tədbirlərin şagidrlər arasında keçirilməsinin böyük tövhəsi var. Mən əminəm ki, bu tədbir çərçivəsində şagirdlər ilk növbədə Ölməz Liderimizin şərəfinə xa0öz əlləri ilə nəisə edə bilmək imkanı əldə etdilər. Bu eyni zamanda şagirdlər üçün bir motivasiya idi.xa0
Hesab edirəm Akademik Tofiq İsmayılov adına Fond bundan sonra bu cür tədbirləri xa0bütün təhsil ocaqlarını əhatə etməklə reallaşdıracaq”x9d

Nəzərinizə çatdıraq ki, şagirdlərə Heydər Əliyevdən bəhs edən film də nümayiş edildi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO