Ağdam rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib.
Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
Bizim.Media
![Bərdədə tanışlar arasında DAVA - Küt alətlə başını əzdi Bərdədə tanışlar arasında DAVA - Küt alətlə başını əzdi](https://bizim.media/file/articles/2022/12/22/1671690474_berde.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 22.12.2022
Bərdədə tanışlar arasında DAVA - Küt alətlə başını əzdi
Hazırda oxunan: Bərdədə tanışlar arasında DAVA - Küt alətlə başını əzdi
Hazırda oxunan: Bərdədə tanışlar arasında DAVA - Küt alətlə başını əzdi
110982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.