Bakıda küçəyə atılan üç aylıq körpənin anası danışıb.
Bizim.Media xəbər verir ki, Xəzər televiziyası bu barədə reportaj hazırlayıb.
Qadının iddiasına görə, övladı doğma atası tərəfindən küçəyə atılıb.
O, 32 yaşı olduğunu, indiyədək üç dəfə ailə həyatı qurduğunu, sonuncu evlilikdən isə bu uşağı dünyaya gətirdiyini deyib:
“Yoldaşımdan ayrılmışam, uşağın atası da arada körpəni görmək üçün bizə gəlir”.
Qadının sözlərinə görə, evə qayıdanda uşağın evdə olmadığını görüb.
Süjeti təqdim edirik:
Bizim.Media