Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanıldı – FOTO/VİDEO

Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanıldı – FOTO/VİDEO

110860

Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə  şübhəli bilinən rayon sakinləri  Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6800 (altı min səkkiz yüz) manat ziyan vurublar.

Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO