Nazir idmançılara pul mükafatlarının verilməsindəki narazılıqlardan danışdı

Nazir idmançılara pul mükafatlarının verilməsindəki narazılıqlardan danışdı

Hazırda oxunan: Nazir idmançılara pul mükafatlarının verilməsindəki narazılıqlardan danışdı

110843

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı tətbiq olunan yeni qayda ilə əlaqədar narazılıqlara münasibət bildirib. 

Bizim.Media-nın məlumatına görə, Fərid Qayıbov apa.az-a müsahibəsində deyib ki, bunun özü ilk dəfə tətbiq olunan yenilikdir. 

“Çünki bir çox federasiyalar narahatlıqlarını bildirirdilər ki, idmançılarımız birdən-birə yaxşı məbləğdə mükafat aldıqdan sonra idmandan uzaqlaşırlar. Bir məşqçi, federasiya üçün bir idmançı yetişdirmək uzun bir prosesdir. Amma Avropa, dünya çempionatları, lisenziya xarakterli yarışlar sizi gözləmir. Ona görə idmançı başa düşməlidir ki, onun karyerası məşqçi və federasiya ilə razılaşdırılmış şəkildə bitməlidir.

Bəzən idmançıların valideynləri gəlir ki, artıq ali təhsil almaq üçün oxumağa qərar vermişik. Bu idmançıya əmək sərf olunub, birdən-birə bu qərarı vermək düzgün deyil axı!”, - nazir vurğulayıb. 

Fərid Qayıbovun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları ilə bağlı qərar verildi ki, Olimpiya Oyunlarına qədər mükafatlar müəyyən faiz dərəcəsi ilə 3 yerə bölünsün:

“Bəzi hallar var, ancaq bir nazir kimi çox şeyləri danışa bilmirəm. Yeri gəlmişkən, artıq legionerlərin məşqçilərinə mükafatlar verilmir. Çünki legionerin məşqçisi xaricdədir, Azərbaycanda şəxsi məşqçisi yoxdur. Yaşlı idmançılara gəlincə, bilmirəm ki, bunu hansı idmançılar deyir. Bununla bağlı müraciətlər çox daxil olmamışdı.

İndi bəzi insanlar bunu daha çox sosial şəbəkədə yazırlar, amma biz həmin idmançıları görmək istərdik. Kim istəyir, gəlsin, onlarla danışaq. Güləşdə bir-iki idmançı vardı, onlarla danışdıq, başa saldıq ki, bu, elə deyil. Əgər siz idman karyeranızı bitirirsinizsə, bütün məbləği alacaqsınız, amma onun da şərtləri var. Bu, tam şəffaf qaydalardır, həm idmançılara, həm məşqçilərə, həm federasiyalara sərf edir. İlk dəfə olaraq bizim hakimlərimiz də, idman həkimlərimiz də, idman menecerləri də mükafat alacaqlar. Heç kim də heç kimlə mükafatı bölüşmək haqqında söhbətlər aparmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO