Zaqatalada it 3 yaşlı uşağın üzünü dişlədi

Zaqatalada it 3 yaşlı uşağın üzünü dişlədi

Hazırda oxunan: Zaqatalada it 3 yaşlı uşağın üzünü dişlədi

110740

İt azyaşlıya ağır xəsarət yetirib. Bədbəxt hadisə Zaqatalanın Faldar kəndində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, axşam saatlarında rayonun Faldar kənd sakini 3 yaşlı Rəvan Əliyev həyətdə olarkən it qəflətən hücum çəkərək onu dişləyib. 

Körpə dərhal yaxınlarının köməyi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin ilkin müdaxiləsindən sonra Rəvan düşdüyü şok vəziyyətdən çıxarılaraq  üzündə cərrahi əməliyyat aparılıb. Həmçinin ona quduzluq əleyhinə peyvənd vurulub. 
 

Xəstəxanadan verilən məlumata əsasən Rəvan Əliyev cərrahiyyə şöbəsinə yerləşdirilib, müalivəsi davam etdirilir, həyatı üçün heç bir təhlükə yoxdur . 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO