Özünü daha çox erməni hesab edən Karen Şahnazarovun Qarabağ haqda səsləndirdiyi fikirlər ermənilərin qəzəbinə tuş gəlib.
Bizim.Media xəbər verir ki, Rusiya erməniləri birliyi Karen Şahnazarova açıq məktub ünvanlayıb. “Lütfən, bir daha Arsax məsələsi ilə əlaqədar Solovyovun siyasi tok-şousuna getməyin”, - deyə məktubda qeyd edilir. Həmçinin, Şahnazarovlar nəslinin Qarabağla bağlı ümumerməni mənafeyini həmişə satdıqları vurğulanır. Məktubda “...Qarabağ 90-cı illərdə Sizin atanız Georgi Şahnazarov ehtiyatlı siyasətinin qurbanı oldu. Bir çoxları erməni-azərbaycan konfliktinin əvvəlində vəziyyətin nəzarətdən çıxacağı qorxusu ilə Şahnazarovun Qorbaçovu öz həmvətənlərinə qarşı qaldırmaqda təqsirləndirirlər” – deyə qeyd olunub.
Məktub nə qədər ittihamla doludursa, bir o qədər də Şahnazarovu ermənilərin üzdə olan fenomeni kimi itirmək qorxusuyla yazıldığı görünür.
Xatırladaq ki, tanınmış erməni rejissoru Karen Şahnazarov Solovyovun verilişində Qarabağ həqiqətlərini dilə gətirmiş, “İstədin-istəmədin Azərbaycanın ərazi bütövlüyü problemini etiraf etmək lazımdır və hansısa status imkanları axtarmaq lazımdır ki, erməni əhalinin orda yaşamasına, mədəni inkişafına qarantiya verilsin. Başqa heç bir yol yoxdur”, - demiş və ermənilərin qəzəbinə tuş gəlmişdi.
Veli Akber, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:29 / 23.10.2020
Qarabağdakı qələbələrimiz ermən ictimaiyyətində qarşıdurmalar yaradır
Hazırda oxunan: Qarabağdakı qələbələrimiz ermən ictimaiyyətində qarşıdurmalar yaradır
Hazırda oxunan: Qarabağdakı qələbələrimiz ermən ictimaiyyətində qarşıdurmalar yaradır
1107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.