Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ 

Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ 

Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ 

110573

Dekabrın 21-i səhərədək hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Dekabrın 20-də 

Arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. 

Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7° şaxta, axşam 9°-dək şaxta olacaq.

Dekabrın 21-də

Arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. 

Qərb küləyi 3-8 m/s təşkil edəcək. 

Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dekabrın 22-də

Havanın şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. 

Zəif qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO