"Mercedes" aşdı, sürücünün həyat yoldaşı xəsarət aldı - YENİLƏNİB+FOTO 

Hazırda oxunan: "Mercedes" aşdı, sürücünün həyat yoldaşı xəsarət aldı - YENİLƏNİB+FOTO 

110550

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunun 88-ci km-də - Siyəzən rayonunun Zarat kəndi ərazisində yol qəzası qeydə alınıb. Qəzanın bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsindən əldə etdiyi məlumata görə, Quba sakini İntiqam İbrahim oğlu Məlikov idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı istiqamətinə gedərkən idarəetməni itirib, qarşıdan gələn Anar Qazıyevin idarə etdiyi yük avtomobilinə çırpılaraq yolun kənarına aşıb. 

Nəticədə sürücünün həyat yoldaşı, 48 yaşlı Zəminə Məhərrəmova müxtəlif xəsarətlərlə Siyəzən Müalicə-Dioqnostika Mərkəzinə çatdırılıb. 

Digər sürücü xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

10.38***


Bakı-Quba yolunun 88-ci km-də - Siyəzən rayonunun Zarat kəndi ərazisində yol qəzası qeydə alınıb.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub.

Yaralıların olduğu deyilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO