AQTA 37 müəssisədə nöqsanlar AŞKARLADI - SİYAHI 

AQTA 37 müəssisədə nöqsanlar AŞKARLADI - SİYAHI 

Hazırda oxunan: AQTA 37 müəssisədə nöqsanlar AŞKARLADI - SİYAHI 

110504

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 40 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 37 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Bildirilib kİ, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 11, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 24, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 4, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı 2 nöqsan aşkar olunub.  

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır: 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO