"Sürəyyə Ağaoğlunun adını daşıyacaq yer sığınacaq yox, mərkəz olacaq” - Hicran Hüseynova 

Hazırda oxunan: "Sürəyyə Ağaoğlunun adını daşıyacaq yer sığınacaq yox, mərkəz olacaq” - Hicran Hüseynova 

110481

"Sürəyyə Ağaoğlunun adını daşıyacaq bu yerin sığınacaq yox, mərkəz kimi fəaliyyət göstərməli olduğunun tərəfdarıyam”. 

Bizim.Media xəbər verir ki, bunu qısametrajlı filmin nümayişi və zorakılığa məruz qalan uşaqlar üçün sığınacaq layihəsinin təqdimatında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib: 

"Mərkəz və sığınacaq ayrı anlayışlardır. Sığınacağın özünün xüsusiyyətləri var. Ora qapalı olmalıdır. Amma Sürəyyə Ağaoğlunun adını daşıyacaq yer uşaqların inkişafı üçün bir müəssisə kimi fəaliyyət göstərə bilər. Ona görə də düşünürəm ki, həmin mərkəzin ayrıca qapalı bir tərəfi də ola bilər ki, orada sığınacaq olaraq fəaliyyət göstərilsin. Lakin ümumilikdə həmin yer mərkəz kimi fəaliyyət göstərə bilər. Yaxşı olar ki, belə mərkəzlərin sayı ölkəmizdə çox olsun".  

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO