Müğənni Vüqar Muradovun ayağı sınıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı ifaçı özü "İnstagram" hesabından paylaşım edib.
O, futbol oynayarkən ayağını sındırdığını deyib:
“Ayağım iki yerdən sınıb. 40 ildə bir dəfə futbol oynadım, onda da belə oldu. İki gün sonra əməliyyat olunacam. Xeyirlisi, görək necə olur”
Bizim.Media