“Hafka”x9d kimi tanınan iş adamı Hafiz Məmmədovun bankının lisenziyası ləğv oluna bilər. Artıq “Bank of Azerbaijan”x9d ASC-nin lisenziyasının ləğvi və iflas proseduruna başlanması üçün Mərkəzi Banka müraciət olunub. Xeyli vaxtdır ki, bankdan əmanətlərini ala bilməyən bir neçə müştərinin hüquqlarını müdafiə edən İradə Cavadova dünən Mərkəzi Banka məktub göndərib. Bu barədə “Azadlıq”x9da Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İrada Cavadova məlumat verib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxslərin kimliyini və sayını açıqlamasa da, bildirib ki, “Bank of Azerbaijan”x9dın onlara ümumilikdə 87 min manat borcu var. Bankla bu müştərilər arasında əmanət müqaviləsinin vaxtı aylar öncə başa çatsa da, nə əmanətlər, nə də onların faizi qaytarılmayıb.
“Hüquqlarını müdafiə etdiyim şəxslərlə “Bank of Azerbaijan”x9d arasında olan müqavilələrin müddəti bitdiyi üçün banka müraciət etdim ki, müqavilə üzrə əmanət məbləğini və ona hesablanmış faizlər geri qaytarılsın. Yeddi aydan çoxdur ki, “Bank of Azerbaijan”x9d müxtəlif bəhanələr gətirərək, yaranmış əmanət məbləğini və ona hesablanmış faizləri geri qaytarmaqdan boyun qaçırır. Hər dəfə əmanətlərin qaytarılması üçün müraciət edəndə bank rəhbərliyi maddi sıxıntılar içində olduqlarını, onlara vaxt verilməsini xahiş edir və beləliklə də pulu ödəməkdən imtina edir. “Bank of Azerbaijan”x9dın öhdəliyindən imtina etməsi istər müqavilə, istərsə də mövcud qanunvericiliyin tələblərini ciddi şəkildə pozmaqdadırlar”x9d, ”“ deyə İradə Cavadova bildirib.


































































































