Salyanda avtomobil iki yeniyetmə velosipedçini vurdu - Biri öldü - FOTO

Salyanda avtomobil iki yeniyetmə velosipedçini vurdu - Biri öldü - FOTO

Hazırda oxunan: Salyanda avtomobil iki yeniyetmə velosipedçini vurdu - Biri öldü - FOTO

110278

Salyanda iki  yeniyetmə  velosipedçinin  xəsarət alması ilə nəticələnən  avtomobil qəzası baş verib.

Bizim.Media-nın cənub  bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakinləri  15 yaşlı Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu,  12 yaşlı   Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları Salyan rayonu, Şəkərli kənd sakini, Mirzəyev Cəbrayıl Elşad oğlunun idarə etdiyi avtomobil vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son anda alınan məlumata görə, komada olan Əfqan Abbasov dünyasını dəyişib.



Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO