Bu gün saat 12:30 radələrində "Neftçilər" metrosu ətrafında bomba həyəcanı yaşanıb.
Naməlum şəxs rabitə qovşağından"102" xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.
Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.
Nizami rayonunun 24-cü və 25-ci polis idarələrinin əməkdaşları "Magnit" ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.
Hazırda proses davam etdirilir.(musavat.com)








































































































