Qusar bazarında YUMURTA qiymət partladır - REPORTAJ

Qusar bazarında YUMURTA qiymət partladır - REPORTAJ

Hazırda oxunan: Qusar bazarında YUMURTA qiymət partladır - REPORTAJ

110144

Şimal rayonlarında havalar soyuduqdan sonra kənd təsərrüfatı malları satılan bazarlar sözün həqiq mənasında od tutub yanır. Qarşıdan gələn bayram günləri qiymətləri bir az da tətikləyib.

Qusarda əməkdaşlarımız müşahidə aparan hər məhsulda ən azı 10-15 faiz bahalaşmanın özləri şahidi olublar. Xüsusən bazarlarda yumurtanın qiyməti bahalaşıb.

Bir müddət əvvəl Bizim.Media olaraq şimal bazarlarında yumurtanın bir ədədinin 40 qəpiyə olduğu barədə məlumat vermişdik. Hətta proqnoz da vermişdik ki, yeni ilədək yumurtanın ədədi 1 manata çatacaq. Bayramgününə isə hələ 2 həftə var.

Bu gün baş çəkdigimiz Qusarın mərkəzi bazarında yumurtanın yenidən bahalaşdığını şahidi olduq. Bir ədədi 45-50 qəpiyə satılan kənd yumurtalarına alıcılar nəzər salmağa belə çəkinirlər.

Satıcılar isə deyir ki, nə edək, biz kəndlidən bunun birini 40 qəpiyə alırıq:

“Havalar soyuyandan bilirsiniz ki, toyuqlar yumurta az qoyur. Ona görə də keyfiyyətli məhsul əldə etmək çətinləşib. Ən azı bu beləcə 2 ay davam edəcək. Orqanik məhsul yemək istəyirsənsə, gərək xərc çəkəsən də”.

Ət bazarında isə Qusarda nisbətən durğunluq yaşanır. Artıq bir neçə həftədir kiloqramı 13 manata təklif edilən mal ətinin də elə alıcısı yoxdur. Satıcılar deyir ki, yeni ilə ətin qiymətini ucuzlaşdırmağa məcbur olacağıq, heç kim almır.
Digər məhsullarda da bahalıq müşahidə olunur. Bura belədir, İmaldır, soyuqdur və bahaçılıqdır…

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO