Şuşa-Xankəndi yolundakı etiraz aksiyasına daha 200 nəfər qoşuldu - SON DƏQİQƏ 

Şuşa-Xankəndi yolundakı etiraz aksiyasına daha 200 nəfər qoşuldu - SON DƏQİQƏ 

Hazırda oxunan: Şuşa-Xankəndi yolundakı etiraz aksiyasına daha 200 nəfər qoşuldu - SON DƏQİQƏ 

110137

Xəbər verdiyimiz kimi, artıq 6-cı gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. 

Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gecə boyunca hava yağıntılı keçsə də, günün birinci yarısı mülayim günəşli hava müşahidə olunur. Susmaq bilməyən gənclər gecə boyunca şüarlar səsləndirib.  

Gün ərzində isə aksiyaya qoşulan 200 nəfərdən artıq könüllü Laçın-Xankəndi yolundakı meydana gəlib. Hazırda aksiya dinc aksiya davam edir.  

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir.

Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO