Polisə zor tətbiq edən şəxs tutuldu - Sumqayıtda

Polisə zor tətbiq edən şəxs tutuldu - Sumqayıtda

Hazırda oxunan: Polisə zor tətbiq edən şəxs tutuldu - Sumqayıtda

11013

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Sumqayıt Şəhər Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, 04 fevral 2021-ci il tarixdə saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşviqabad qəsəbəsi sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyevin sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla işarəsinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO