Ev telefonlarına tələbat niyə artıb? – Ekspertlər səbəb kimi “İNTERNET” deyir

Ev telefonlarına tələbat niyə artıb? – Ekspertlər səbəb kimi “İNTERNET” deyir

Hazırda oxunan: Ev telefonlarına tələbat niyə artıb? – Ekspertlər səbəb kimi “İNTERNET” deyir

110113

Ev telefonları erası yavaş-yavaş başa çatır. Az qala hər kəsin evində bu cihaz olsa da, artıq demək olar ki, onun yeri də unudulub. 

Bizim.Media-nın həmsöhbəti Bakıətrafı qəsəbə sakini Mahirə Qarayeva deyir ki, ev telefonundan çox nadir halda istifadə edir: 

“İndi evdə hər kəsin əlində bir telefon var. Daha qohum-əqraba da ev telefonuna zəng etmir. İstəyəndə vatsap var, onunla zəngləşir, hal-əhval tuturuq. Əsas internet olsun”. 

Həmsöhbətimiz onu da əlavə edir ki, ev telefonu xəttini internet şəbəkəsinə qoşulmaq üçün çəkdiriblər: 

“Ev telefonu üçün xətt çəkdirməyimiz əməlli-başlı problemə çevrilmişdi. Nə vaxt poçta yaxınlaşırdımsa, deyirdilər, ərizə yaz, “karopkada yer yoxdur”. Uzun müddət keçəndən sonra axır ki, bizim evə də telefon xətti çəkildi. Bu bizə ancaq internet üçün lazım idi. Çünki bizim tərəflərdə internet provayderlər o qədər də populyar deyil”. 

Bizim.Media ev telefonları ilə mövcud vəziyyəti öyrənmək üçün “Aztelekom”a sorğu göndərib.

Qurumdan bildirilib ki, indi əksinə, ev telefonları abunəçilərinin sayında artım müşahidə edilir: 

“Sabit şəbəkə xidmətlərinin müəyyən üstünlükləri var və istifadəsinin hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Sadəcə, istifadəçilər üçün əlavə seçim olduğundan bir çoxları mobil şəbəkə xidmətlərindən istifadəyə üstünlük verir.

Davamlı olaraq xidmətlərimiz yenilənir və abunəçilərimiz yeni bağlantı metodlarından istifadə edərək şəbəkəmizdə qalmağa davam edirlər. Üstəlik, texnologiyanın yenilənməsi nəticəsində şəbəkəmizdə abunəçi artımı da müşahidə edilir”.

İnformasiya Texnologiya mütəxəssilərinin analizinə görə isə bu sırf ətraf qəsəbələrdə və kənd yerlrində alternativ internet mənbələrinin olmaması ilə bağlıdır.

Ölkədə aparılan kabelləşmə prosesindən sonra bu mərhələ də başa çatacaq. Ondan sonra dayanıqlı telefon aparatlarına ehtiyac qalmayacaq. Bu cür telefon çəkilişlərindəki söylənilən dinamika artımı isə sırf internetə olan maraq və ölkə əhalisinin artım tempidir. Yaxşı olar ki, “Aztelekom” yaxın gələcək üçün bu resursları çağdaş dünyanın tələblərinə uyğun şəkildə istifadə edə bilsin. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO