Zaqatalada vörkşop keçiriləcək

Zaqatalada vörkşop keçiriləcək

Hazırda oxunan: Zaqatalada vörkşop keçiriləcək

110108

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency) dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə Zaqatala şəhərində vörkşop keçiriləcək. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna layihənin koordinatoru Aynur Murtuzəliyeva məlumat verib.  

Koordinatorun sözlərinə görə, vörkşop startapın biznes modelinin hazırlanması isiqamətində olacaq.  

Vörkşopda iştirakçılar startapın necə işlədiyi, öz müştərisi üçün hansı dəyəri yaratdığı, həmçinin o dəyəri satmağın qarşılığında necə qazanc əldə etməsi ilə bağlı mövzular üzərində işləyəcəklər. 

Koordinator bildirib ki, layihənin keçirilməsində başlıca məqsəd regionlarda öz startapını və biznesini qurmaq istəyən şəxslər üçün bu sahə üzrə mövcud imkanları əlçatan etməkdir.  

O, Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan və fəaliyyət göstərən bütün gəncləri layihədə iştirak etməyə və yeni həllər, imkan və fürsətlərlə bağlı onların rəy və fikirlərini, innovativ təkliflərini hazırlayaraq təqdim etməklə gələcək həyatlarında böyük dönüş edə biləcəklərini xatırladıb və fəal olmağa səsləyib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO