Yeni il axşamı atəşfəşanlıq OLACAQMI? – Rəsmi AÇIQLAMA 

Yeni il axşamı atəşfəşanlıq OLACAQMI? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Yeni il axşamı atəşfəşanlıq OLACAQMI? – Rəsmi AÇIQLAMA 

110102

Bir qayda olaraq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunur. Bayram atəşfəşanlığı on minlərlə insan tərəfindən maraqla izlənilir. Atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutur. 

2023-cü ili də atəşfəşanlıqla qarşılayacağıq? 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsək də, qurumdan Bizim.Media-ya hələ bu barədə tapşırıq almadıqları bildirilib. 

Qeyd edək ki, bayrama sayılı günlər qaldığından Dənizkənarı Bulvardakı ağaclar, mərkəzi küçələr bəzədilib və işıqlandırılıb.

Yolkalar qurulub və  müxtəlif yeni il atributları, simvolları quraşdırılıb. 

Qədəmlərin uğurlu olsun, 2023-cü il!

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO