Sadə vətəndaşlar Laçın yolundakı aksiyaya necə qatıla bilərlər? – CAVAB 

Sadə vətəndaşlar Laçın yolundakı aksiyaya necə qatıla bilərlər? – CAVAB 

Hazırda oxunan: Sadə vətəndaşlar Laçın yolundakı aksiyaya necə qatıla bilərlər? – CAVAB 

110034

Artıq Şuşa-Xankəndi yolunda etiraz aksiyasının 5-ci günüdür. Aksiyada iştirak edənlərin əksəriyyəti Qeyri Hökumət Təşkilatları və onların nümayəndələri olsalar da, sadə vətəndaşlar arasında da Şuşaya getmək, yardım göndərmək, dəstək olmaq istəyənlər var. Bu barədə redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə əsas sual “Şuşadakı aksiyaya necə qoşula bilərəm?” olub. 

Bizim.Media ünvanlanmış müraciətlərə cavab tapmaq üçün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əlaqə saxlayıb.

Agentlikdən verilən məlumata görə, hələ ki, vətəndaş cəmiyyətləri üzvləri, jurnalistlər könüllü şəkildə bu aksiyaya qoşulurlar. Sadə vətəndaşların aksiyaya qoşulması barədə məlumatlı deyillər. Yardıma gəlincə isə buna hələ ki, ehtiyac olmadığını bildirdilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Hikmət Babaoğlu isə bildirib ki, hazırda Xankəndi-Şuşa yolunda vətəndaş cəmiyyəti institutlarının keçirdikləri aksiya özlərinin təşəbbüsləridir: 

“Düşünürəm ki, Azərbaycanın Qeyri Hökumət Təşkilatları bu aksiyaları ardıcıl və məqsədyönlü şəkildə təşkil etməyi bacarıblar. Aksiyalar özlüyündə kütləvidir, daha kütləvi olması vətəndaş cəmiyyətləri institutlarından asılıdır”.

Digər QHT nümayəndələrinin orada iştirakı ilə bağlı icazəyə qaldıqda isə deputat bildirib ki, bunun üçün standart müraciət qaydası var: 

“Müvafiq qaydada müraciət etməklə digər QHT üzvlərinə yaradılmış şərtlərdən istifadə edə bilərlər”. 

Sadə insanların iştirakına gəlincə, millət vəkilinin buna cavabı yoxdur. Göründüyü kimi aksiyada hələlik Qeyri Hökumət Təşkilatlarının üzvləri, media nümayəndələri və bir sıra qurumların əməkdaşları, universitet xətti ilə tələbələrin iştirakı mümkündür.
Bu aksiyalarda ən vacibi insanlarımızın təhlükəsiliyi olduğundan buraya kütləvi axınların icazə verilməsi mümkün görünmür. Ermənilər tərəfindən minalanmış ərazilərin hələ də mövcud olması kifayət qədər diqqətli olmağa sövq etdiri. 

Amma hər bir vətəndaşın bu aksiyada iştirak etmək və ermənilərin törətdiyi ekofəlakətlərə qarşı etiraz hüququ olduğundan müraciətlər gələcəkdə sıra prinsipi ilə nəzərə alına bilər. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO