Partiya üzvlərinin fərdi identifikasiya nömrələri TƏLƏB OLUNMAYACAQ

Partiya üzvlərinin fərdi identifikasiya nömrələri TƏLƏB OLUNMAYACAQ

Hazırda oxunan: Partiya üzvlərinin fərdi identifikasiya nömrələri TƏLƏB OLUNMAYACAQ

109945

“Siyasi partiyalar haqqında” qanun layihəsindən fərdi identifikasiya tələbi çıxarılır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, 5.3 və 20.10 maddələrindən identifikasiya tələbi çıxarılır: 

“Reyestrdə ianə verən şəxslər və digər hallarda fərdi identifikasiya tələbinə qarşı bir sıra deputatlar və partiya sədrləri etirazlarını bildirdilər. Məsələ araşdırıldı və qeyd olunan tələb qanundan çıxarıldı”.

Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi. 20.10-cu maddəyə görə isə siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalı idi.
Beləliklə, artıq partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin fərdi identifikasiya nömrəsi, o cümlədən siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO