Xankəndi-Laçın yolunda SON VƏZİYYƏT - VİDEOREPORTAJ 

Xankəndi-Laçın yolunda SON VƏZİYYƏT - VİDEOREPORTAJ 

Hazırda oxunan: Xankəndi-Laçın yolunda SON VƏZİYYƏT - VİDEOREPORTAJ 

109884

Xəbər verdiyimiz kimi, Xankəndi-Laçın yolunda Azərbaycanlı ekoloq və gənc fəalların təşkil etdiyi dinc aksiyanın artıq 4-cü günü yaşanır. 

Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiyaya insan axını havanın soyuq olmasına baxmayaraq aktiv şəkildə müşahidə olunur.

Bu gün ötən günə nisbətən istər sülhməramlı, istərsə də separatçılar tərəfindən hər hansı nəzərə çarpacaq yeniliklər qeydə alınmayıb. 

Mətbuat Şurasının idarə heyətinin üzvü və aksiya fəalı Hacıbəy Heydərli əməkdaşımızla söhbətində bildirib ki, məqsəd dəyişməz olaraq qalır:

“Biz Azərbaycan ərazilərində ekoloji terrora yox deyirik və sülhməramlıların generalı Volkovun gəlib tələblərimizə cavab verməsini istəyirik. Tələblər yerinə yetirilənədək isə aksiyamız davam edəcək”. 

Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan jurnalistikası bu aksiyanın işıqlandırılmasında növbəti sınağından üzü ağ çıxıb:

“Bu gündən ərazidə jurnalistlər üçün media çadırı qurulub. Burada jurnalistlərimiz yeməklə təmin olunur, cihazlarının enerjiylə təmin olunmasına şərait yaradılır”. 

Hacıbəy Heydərli sonda Bizim.Media-ya və bütün Azərbaycan mətbuatına hadisələrin operativ işıqlandırılmasına görə təşəkkür edib:

Bizim.Media qurumu yeni yaranmasına baxmayaraq hər zaman dövlətçiliyin yanındadır və qaynar nöqtələrdən operativ xəbərlər çatdırır. Bu səbəbdən həm sözügedən quruma, həm də bütün Azərbaycan mediasına təşəkkürümü bildirirəm”. 

Daha ətraflı videoreportajda tanış ola bilərsiniz: 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO