İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırıldı

İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırıldı

Hazırda oxunan: İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırıldı

1098

Zəngilan rayonunun işğaldan azad edilmiş Ağbənd qəsəbəsində Azərbaycan bayrağı qaldırıldı.

Bizim.Media-nın  məlumatına görə, xilaskar Azərbaycan əsgəri bayrağın qaldırılması barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edib: “Möhtərəm Prezident! Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan rayonunun Ağbənd sərhəd zastavası işğaldan azad edilmişdir.

Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 km-i işğaldan tam azad edilmişdir.  Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO