ANAMA:

ANAMA: "Kəlbəcərdə partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur"

Hazırda oxunan: ANAMA: "Kəlbəcərdə partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur"

109792

"Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur".

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rafiq Cəbrayılov deyib.

O bildirib ki, hazırda ərazi minalarla çirklənib və çox təhlükəlidir:

"Tərəfimizdən əraziyə baxış keçirilib. Partlayış yerinin krateri yoxlanılaraq dəlillər götürülüb. İlkin ehtimala görə, ərazidə TM-62M tipli tank əleyhinə minanın partlayışı ola bilər. Ərazidən götürdüyümüz dəlillər də həmin TM-62M tipli tank əleyhinə minanın hissələrinə bənzəyir".

"Onu da qeyd etmək istəyirəm ki, TM-62M tipli tank əleyhinə mina təzyiqlə işə düşür, tərkibində 7,5 kq partlayıcı maddə var. Hazırda ərazi mühafizə olunur", - ANAMA əməkdaşı vurğulayb.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO