Kəlbəcərin Çıraq kəndində minalar 2020-ci ilin dekabrında basdırılıb - MN

Kəlbəcərin Çıraq kəndində minalar 2020-ci ilin dekabrında basdırılıb - MN

Hazırda oxunan: Kəlbəcərin Çıraq kəndində minalar 2020-ci ilin dekabrında basdırılıb - MN

109789

Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi Ermənistanın Azərbaycana qarşı terror aktlarını hələ də davam etdirməkdə olduğunun göstəricisidir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov deyib.

Onun sözlərinə görə, bu minaların Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir.

"Çıraq kəndindən nə Birinci Qarabağ müharibəsi zamanı, nə də Vətən müharibəsində heç bir müdafiə xətti keçməyib. Hər hansı hərbi zərurətin olmadığı halda bu ərazilərdə minaların insan tələfatı məqsədi ilə basdırılması qarşı tərəfin terror fəaliyyətlərinin sübutudur.
2021-ci il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olması da məhz erməni terrorçularının fəaliyyətinin nəticəsidir.

Bildiririk ki, vətəndaşlarımızın tələfatı ilə nəticələnən bütün bu terror aktlarına görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Qeyd edək ki, bu gün jurnalistlər Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO