Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ

Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ

Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ

109750

Şuşa, Kəlbəcər və Laçında havanın yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı gündüzdən 17-si gündüzədək az qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir duman olacaq. Qərb küləyi 2-5 m/s., havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, arabir duman olacaq. Lakin axşama doğru az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Qərb küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 17-də arabir az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi 3-8 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də əsasən yağmursuz, arabir duman, şərq küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO