Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin ADLARI - SİYAHI

Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin ADLARI - SİYAHI

Hazırda oxunan: Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin ADLARI - SİYAHI

109745

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Bizim.Media report.az-a istinadən hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov 8 nəfərin Kəlbəcərdə minaya düşməsindən DANIŞDI - FOTO


Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir.

Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işlərinlə məşğul olurlarmış.

Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb.
Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO