Yevlaxda azyaşlını döyən polis işdən çıxarıldı

Yevlaxda azyaşlını döyən polis işdən çıxarıldı

Hazırda oxunan: Yevlaxda azyaşlını döyən polis işdən çıxarıldı

109736

Yevlaxda azyaşlını döyən polis işdən çıxarılıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, 2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilib, videomüşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.
Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO