Sülhməramlılar Qarabağdakı mədənlərdə nə gizlədirlər? – Monitorinqə mane olan SƏBƏB

Sülhməramlılar Qarabağdakı mədənlərdə nə gizlədirlər? – Monitorinqə mane olan SƏBƏB

Hazırda oxunan: Sülhməramlılar Qarabağdakı mədənlərdə nə gizlədirlər? – Monitorinqə mane olan SƏBƏB

109584

Məlum olduğu kimi, Rusiya sülhməramlıları Azərbaycan rəsmilərinin Qarabağdakı yeraltı yataqların monitorinqini həyata keçirməyə maneə törədiblər. 

Rusiya hərbçilərinin bu davranışı isə bir sıra ehtimalların irəli sürülməsinə səbəb olub. Bir çox ekspertlərin fikrincə, rusların bu cür addım atmasının səbəbi təkcə törədilən ekoloji terrorla bağlı deyil. Xüsusilə də, həmin yeraltı yataqlardan başqa məqsədlər üçün istifadə olunması iddiaları geniş müzakirə olunur.

Əsas ehtimalsa bundan ibarətdir ki, separatçılar yeraltı yataqlardan silah anbarı kimi istifadə edirlər. Belə ki, qeyri-qanuni yollarla Qarabağa daşınan silahların yeraltında gizlədilməsi mümkün variant kimi qeyd olunur.
Eyni zamanda dünya təcrübəsində də buna oxşar örnəklərin olduğunu qeyd etməliyik. Məsələn, Ukraynanın Soledar şəhərindəki köhnə duz mədənlərindən silah anbarı kimi istifadə edildiyi məlumdur.

Bəs, Qarabağda separatçıların oxşar təcrübədən istifadə ehtimalı varmı?

Sualı Bizim.Media üçün cavablandıran hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, nə qədər ki, Qarabağda yerləşən yataqlarda monitorinq missiyamız həyata keçirilməyib, həmin vaxta qədər orada görülən fəaliyyətləri dəyərləndirməyimiz yalnız ehtimallara əsaslana bilər:

“Ehtimallardan biri də həmin ərazilərdə silah və texnika anbarlarının mövcud olmasıdır. Eyni zamanda şəxsi qənaətimə görə, qeyd olunan ərazilərdə azərbaycanlılara aid kütləvi məzarlıqların ola biləcəyi ehtimalı da mövcuddur. 
Lakin bu cür məlumatları təsdiqləmək üçün yetərli məlumatlara sahib deyilik. İstənilən halda Rusiya sülhməramlılarının Azərbaycan rəsmilərinin bölgəyə səfərlərini bu və ya digər şəkildə əngəlləməsi yalnız ekoloji terrorun törədilməsi ilə bağlı deyil. Onların rəsmilərimizə əngəl törətməsi, yeraltı yataqlardan başqa məqsədlər üçün də istifadə olunması ehtimallarını gücləndirir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO